Yuxarı

Ombudsmandan tapşırıq: Şəhid ailələri ziyarət edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Vüsal Elşən oğlu Məmmədovun ailəsini ziyarət edib, şəhidin keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə qazilərinə, onların hüquqlarının təmin olunmasına Ombudsman təsisatı tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətini qeyd edib. Regional Mərkəzin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə inşa edilmiş bulağın, həmçinin şəhid Ayxan Musayevin doğum günü münasibətilə inşa edilmiş bulağın açılış mərasimlərində iştirak ediblər.

Regional Mərkəzin əməkdaşları Gəncə şəhərindən olan şəhidlər Cavid Samir oğlu Əliyevin və Şöhrət Canbulat oğlu Əliyevin ailələri ilə görüşərək, onlara Müvəkkil xanım Səbinə Əliyevanın baş sağlığını bir daha çatdıraraq, şəhidlərin keçdikləri şərəfli döyüş yollarını dərin ehtiramla yad ediblər.

Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi İbrahim Şaməddin oğlu Əzizovun əziz xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin doğmaları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin rəsmiləri, qazilər və kənd sakinləri iştirak ediblər. Qəhrəman şəhid İbrahim Əzizov həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib. Vətən müharibəsində xüsusi rəşadət göstərərək Füzulidən Şuşayadək döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid İbrahim Əzizov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov şəhidin evində valideynləri və ailə üzvləri ilə görüşərək, Ombudsman xanım Səbinə Əliyevanın adından onlara başsağlığı verib. Z.İsmayılov görüş zamanı diqqətə çatdırıb ki, Müvəkkil mütəmadi olaraq şəhid ailələri və qazilərə baş çəkir, onların qaldırdıqları məsələlərlə daim maraqlanır.

Şəhid ailələrinə göstərilən diqqəti, qayğını və vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində Ombudsman təsisatının fəaliyyətini təqdir edən şəhidlərin valideynləri Müvəkkil xanım Səbinə Əliyevaya təşəkkürlərini bildiriblər.

Tarix
2021.09.22 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla