Yuxarı

ASAN xidmət "Baykar Makina" ilə araşdırma mərkəzi yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN xidmət "Baykar Makina" ilə araşdırma mərkəzi yaradır

Azərbaycanın ASAN xidmət dövlət orqanı olaraq Türkiyənin Texnologiya Fondu ilə saziş imzaladıq. Burada bir neçə ildir “Bilim Türkiyə” adlı layihə həyata keçirilir. “Bilim Türkiyə”nin Azərbaycanda “Bilim Bakı” mərkəzini yaradacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Haber Global”a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan gəncləri həmin mərkəzdə öz proqramlarının yazılması, dronlarının hazırlanması, digər texnoloji təlimlərə cəlb olunacaqlar. Bu da onların gələcəkdə həmin sahədə peşkar biliklərə yiyələnməsinə səbəb olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb.

“ASAN Xidmət həmin şirkətlə birgə innovasiya, araşdırma, resurs mərkəzi yaradacaq. Orada tədqiqat və araşdırmalar aparılacaq. Hər iki saziş bizim üçün dəyərli və qiymətlidir. Biz qısa müddətdə türk həmkarlarımızla, qardaşlarımızla birgə müasir innovasiyalı araşdırma mərkəzini qurmağı nəzərdə tuturuq”, - deyə Ülvi Mehdiyev bildirib.

O, “Teknofest” festivalının Bakıda keçiriləcəyini əlavə edib: “Bizim nazirliklə Türkiyənin müvafiq nazirliyi arasında danışıqlar gedir. Bakıda belə bir festivalın keçirilməsini planlaşdırırıq. İnanırıq ki, bir millət iki dövlət olaraq, bu sahədə də önəmli addımlar atacağıq”.

Tarix
2021.09.22 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla