Ukraynada hərbidən yayınanların sayı 1 milyona çatır
21:08
Ana səhifə Gündəm |
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad etdilər.
Axar.az xəbər verir ki, şəhid övladlarının könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuması hər kəsi kövrəltdi.
Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olundu. Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpdilər, dualar oxudular.
Tarix
2021.09.24 / 18:26
|
Müəllif
Axar.az
|