Yuxarı

Furutəni Bakıda İranın hərbi gücündən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İranın Müqəddəs Müdafiə Həftəsinin 41-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbir keçirilir.

Axar.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının hərbi vəzifəli şəxsləri və digər bir sıra rəsmi şəxslər, eləcə də Azərbaycan Respublikasında akreditə edilmiş xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak edirlər.

İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İrana qarşı 41 il öncə törədilən təcavüzkarlıq aktından bəhs edib. O, İran xalqının bu müharibədən qalib ayrıldığını deyib.

C.Furutəni hazırda İran Silahlı Qüvvələrinin mövcud olan gücündən danışıb. İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib.

Hərbi attaşe İranın Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və bu əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayıb. C.Furutəni İranın Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyini söyləyib.

Daha sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi çıxış edib. Səfir bildirib ki, İran xalqı 1980-88-ci illərdə davam edən müharibə zamanı qəhrəmanlıqla öz ərazi bütövlüyünü təmin edib: “İran İslam Respublikası bu illər ərzində həmişə çalışıb ki, bir çox sahədə, o cümlədən hərbi sahədə hərbi qüdrətini öz hesabına gücləndirsin”.

“İranın hərbi qüdrəti hər zaman regionda ona dost ölkələrin təhlükəsizliyinin və sabitliyinin keşiyində olub və olacaq. İran mehriban qonşuluq siyasətini prioritet hesab edərək regionda bütün ölkələr üçün sülh və sabitliyin təmin olunmasından çıxış edir. Bir halda ki, biz Azərbaycandayıq, bizim arzumuz qardaş Azərbaycanda daim sülh, sabitlik və əmin-amanlığın olmasıdır. İki ölkə arasında birgə dini, mədəni və tarixi qardaşlıq əlaqələri köklərinin olduğunu nəzərə alaraq əlaqələrimiz bu köklər üzərində davam edəcək", - səfir söyləyib.

Qeyd edək ki, İranın Müqəddəs Müdafiə Həftəsi dedikdə İraqın keçmiş diktatoru Səddam Hüseyn rejiminin hərbi təcavüzünə qarşı İranın müdafiəsinə başlanması nəzərdə tutulur.

Tarix
2021.09.24 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla