Yuxarı

Bayramov BMT-də daha 5 həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov BMT-də daha 5 həmkarı ilə görüşdü

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemala xarici işlər naziri Pedro Brolo Vila, Suriya xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenada xarici işlər naziri David Piter və Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər keçirib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələri arasındakı əməkdaşlıq, həmçinin Hərəkatın gündəliyində duran vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən tərəflər siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, humanitar mədəniyyət, turizm, elm, təhsil, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Görüşlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə mühüm təşəbbüsləri və bir çox nəticələri müzakirə mövzusu oldu.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVİD-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Nazir Ceyhun Bayramov 44 gün davam edən Vətən müharibəsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və onun icrası, münaqişədən sonrakı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2021.09.25 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla