Yuxarı

Bakı şərəfini qaytardı, geopolitik vektoru dəyişdi - Panfilov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 44 günlük müharibə ilə regionun geosiyasətinin vektorunu dəyişdi.

Bu sözləri Axar.az-a gürcü tarixçi Oleq Panfilov 44 günlük müharibənin başlamasının işdönümü haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu qələbə təkcə silah gücünə qazanılmış qələbə deyil, həm də Azərbaycan diplomatiyasının misilsiz uğurudur:

“Cənubi Qafqaz haqqında yazdığım məqalələrdə qeyd etdiyim kimi Paşinyanın Qarabağ problemində “islahatçı” olacağına ümidim vardı - axı yeni nəslin adamı idi, amma təəssüf ki, “ermənilik ideologiyası”nın sağlam düşüncədən üstün olduğu ortaya çıxdı. Əlbəttə ki, Azərbaycanın bu məsələni belə qoymayacağını, iqtisadi cəhətdən Ermənistandan qat-qat güclü olduğunu və s. güman etmək olardı, lakin az adamın diqqət yetirdiyi bir detal var: Azərbaycan diplomatiyası türk diplomatiyasından çox şey öyrənib – nəinki silahlar, nəinki iş quruculuğu ruhu, həm də geosiyasətdə manevr etmək bacarığı. Bakı mahiyyət etibarilə iki əsrdən artıqdır ki, erməniləri öz vədləri ilə bəsləyən Rusiyanı Ermənistandan qopara bildi. Nəticədə, Cənubi Qafqazda 44 günlük müharibədə Azərbaycan nəinki şərəf və ləyaqətini geri qaytardı, həm də geopolitikanın vektorunu dəyişdi. NATO regiona Türkiyənin simasında gəldi”.

Tarix
2021.09.27 / 01:00
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla