Yuxarı

Ermənistanın cinayətləri ilə bağlı videomüraciət ünvanlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan Respublikası tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayət əməllərinə beynəlxalq səviyyədə qiymət verilərək, bu cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq qurum və təşkilatlara müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Azərbaycan, ingilis, türk və rus dillərində ünvanlanan videomüraciətdə ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun hərbi mövqelərini və yaşayış məntəqələrimizi bir neçə istiqamətdən ağır artilleriya silahlarından atəşə tutması qeyd olunub. Bildirilib ki, Azərbaycan Ordusu buna cavab olaraq, əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad edilib.

Videomüraciətdə bildirilib ki, müharibə dövründə Ermənistan döyüş meydanındakı məğlubiyyətinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttində xeyli uzaqda yerləşən şəhər və kəndlərimizi müxtəlif silahlardan, o cümlədən ağır artilleriya və ballistik raketlərlə atəşə tutub. Nəticədə insanlıq əleyhinə və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələri çoxlu sayda mülki insanı qətlə yetirib. Ermənistanın mülki əhalinin sıx yaşadığı şəhər və rayonları ballistik raketlərdən və ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 27-si qadın, 12-si uşaq olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki şəxs isə yaralanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq qurum və təşkilatlara bir daha müraciət edərək Ermənistan Respublikasının ölkəmizin mülki əhalisinə qarşı törətdiyi cinayətlərə beynəlxalq səviyyədə qiymət verilməsini və bu cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmaqla cəzalandırılmalarını xahiş edib.

Qeyd edək ki, videomüraciəti Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən, həmçinin veb-saytından izləmək mümkündür.

Tarix
2021.09.27 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla