Yuxarı

Qarabağın geri alınması inkişafımıza təkan verəcək - Batiaşvili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bir neçə gün Azərbaycanda olduq, işğaldan azad edilmiş əraziləri gəzdik. Qarabağda xarabalığa çevrilmiş kəndləri gördük. Mən orada gördüklərimdən dəhşətə gəldim. İllər ərzində Qarabağda bütün tikililər, hətta yollar dağıdılıb. Bu əraziləri ürək ağrısı olmadan izləmək olmur.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Azərbaycanda səfərdə olmuş Gürcüstanın Rondeli Fondunun Yaxın Şərq üzrə mütəxəssisi Zurab Batiaşvili söyləyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində hazırda mühüm işlər görülür:

“Biz gördük və bir daha əmin olduq ki, Azərbaycan çox güclü dövlətdir. Azərbaycan xalqı çalışqan və güclü, möhkəm iradəyə malik olan bir xalqdır. Biz Şuşada da olduq. Şuşanın bərpası istiqamətində görülən işlər, bölgədə yaradılan yeni infrastruktur hamı kimi, bizim də xoşumuza gəldi. Şuşada aparılan bərpa və yenidənqurma işləri çox heyranedici idi. Qısa bir zamanda çox böyük işlər görülüb.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan Qarabağın bütün bölgələrini gözəl məkana çevirəcək. Əminəm ki, Azərbaycan o bölgəni çox gözəl məkana çevirəcək. Düzdür, bu, bir günə, bir aya başa gələn işlər deyil. Bu gün artıq Azərbaycan dövləti bölgədə quruculuq işlərinə başlayıb. İnanıram ki, çox yaxın vaxtlarda həmin xarabalıqlar cənnət bir məkana çevriləcək”.

Zurab Batiaşvili onu da deyib ki, Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi bütün regionun inkişafına təkan verəcək.

“Əgər bir qonşunda alov, atəş varsa, bu sənin üçün də problem yarada bilər. Əgər kimsə bu atəşi, alovu söndürübsə, bu, sənin də xilasın deməkdir. Azərbaycanın öz torpaqlarını azad etməsi həm də bizim inkişafımıza təkan verəcək”, – deyə Batiaşvili vurğulayıb.

Tarix
2021.09.27 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla