Yuxarı

Mina xəritələri Azərbaycana verilməlidir - AŞPA

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan payız sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə qəbul edilib.

Axar.az xəbər verir ki, qətnamədə 1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlik İkinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb.

Qarabağ müharibəsi zamanı baş verən insan faciəsinin aradan qaldırılması məqsədilə hər iki tərəfə tövsiyələr ünvanlanıb.

AŞPA İkinci Qarabağ müharibəsinə son qoyan 9-10 noyabr tarixli atəşkəs elan olunmasına dair üçtərəfli razılaşmanı yüksək qiymətləndirib, sənədin atəşkəs üçün əsas elementlərdən ibarət olduğunu, müharibənin humanitar nəticələrinin həll edilməsinə imkan yaratdığını bildirib.

Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar.

Beynəlxalq icma, xüsusilə Avropa Şurası hər iki ölkəyə yardım göstərməyə dəvət edilib.

Tarix
2021.09.27 / 21:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla