Yuxarı

İtkin düşən əsgərin atası: Dedi, ata, hücuma gedəcəyik - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti buraxılışı İkinci Qarabağ müharibəsində itkin düşən əsgər Aydın Feyzullayevə həsr olunub.

Axar.az xəbər verir ki, övladını həsrətlə gözləyən Zakir Feyzullayev Aydınla son telefon danışığından bəhs edib, keçən bir il ərzində ailənin yaşadıqlarından danışıb.

O bildirib ki, oğlu sentyabrın 27-si müharibə başlayanda əlaqə saxlayıb Füzulidə olduğunu deyib.

“Sentyabrın 27-30-u arası əlaqə saxladı, danışdıq. Mənə deyirdi ki, ata, kinolarda gördüyünü burda yaşayırıq. Ən son dəfə 30 sentyabrda danışdı mənimlə. Dedi, ata, hücuma gedəcəyik, zəng etdim ki, narahat qalmayın. O gündən bu günə xəbər yoxdur”, – deyə o bildirib.

Övladının yaşadığına ümidini itirməyən ata aidiyyəti qurumların məsələni diqqətdə saxladıqlarını deyib.

Tarix
2021.09.27 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla