Yuxarı

Azərbaycan Ordusu sübut etdi ki... - Ərdoğanın müşaviri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquq çərçivəsindən kənara çıxaraq dünya birliyinin böyük əksəriyyəti tərəfindən həll yolu uzadılan Qarabağ problemi qəhrəman Azərbaycan Ordusu cəsurluğu ilə hüququn ört-basdır edilməsinin qarşısını aldı.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, siyasət və beynəlxalq təhlükəsizlik strategiyası üzrə ekspert, professor Məsud Haqqı Caşın bildirib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun uzun illər ərzində yararsız fəaliyyəti Qarabağ məsələsi üçün alternativ həll yolu buraxmayıb:

"Qəhrəman Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsindəki Zəfəri Ermənistanda ordunun əbəs yerə şişirdilən silahlı dəstələrdən ibarət olduğunu sübut etdi".

Məsud Haqqı Caşın Vətən Müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə də toxunub:

"Beynəlxalq hüquqa hörmətsiz yanaşan Ermənistan eyni zamanda müharibə cinayətləri törətməklə də öz mahiyyətini ortaya qoydu. Sadə vətəndaşları bombardman edən bu işğal dövləti həm də terrorçu kimi tanındı.

Hesab edirəm ki, Azərbaycan həm siyasi, diplomatik, hərbi, mənəvi, psixoloji, həm də iqtisadi cəhətdən gücləndi. Qafqaz regionunun və türk dünyasının gələcəyini istiqamətləndirən bu şanlı Zəfər həm də Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. PUA-lardan, ən müasir texnologiyalı silahlardan mahiranə istifadə edən modern Azərbaycan Ordusu ölkə rəhbərliyinin siyasi iradəsi ilə möhtəşəm ahəng yaratdı".

Türkiyə Prezidentinin müşaviri ötən ilin bu günü başlayan Vətən Müharibəsinin Azərbaycan-Türkiyə qardaşlığı baxımından da xarakterizə edərək, bəzi dövlətlərin, xarici qüvvələrin gücünü və təsir dairəsini zəiflətdiyini də vurğulayıb.

Tarix
2021.09.28 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla