Yuxarı

Səbinə Əliyeva bolqarıstanlı həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səbinə Əliyeva bolqarıstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində bir sıra qurumlarda tədbirlərdə iştirak edib.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, Ombudsman əvvəlcə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının üzvləri ilə görüş keçirib. Görüş zamanı təsisatların fəaliyyət istiqamətləri barəsində qarşılıqlı müzakirə aparılıb. Ombudsman Səbinə Əliyeva Komissiya üzvlərinə Vətən müharibəsi dövründə beynəlxalq humanitar hüququn pozulması faktlarının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar, hazırlanmış hesabatlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində Səbinə Əliyevanın Bolqarıstan Ombudsmanı Diana Kovaçeva ilə də görüşü baş tutub. Ombudsmanlar təsisatlar arasında qarşılıqlı əlaqələr, habelə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Daha sonra Ombudsman Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində olub, professor-müəllim heyəti ilə görüş keçirib. Ombudsman iştirakçılara təsisatın fəaliyyəti barədə məlumat verib və ona ünvanlanmış sualları cavablandırıb.

Tarix
2021.09.28 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla