Yuxarı

Bu yürüş dünyanı heyran qoydu – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidenti Azərbaycanın möhtəşəm qələbəsinin ildönümü münasibətilə xalqa müraciət etdi, eyni zamanda Anadolu Agentliyinə geniş müsahibə verdi. Bu müraciət və müsahibəsində Azərbaycanın 44 günlük Vətən Müharibəsinin bütün mərhələlərini, məqamlarını, eləcə də müharibənin başlanmasına səbəb olan Ermənistan təxribatlarını ətraflı şəkildə izah etdi.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Anadolu Agentliyinə verdiyi müsahibə barədə şərh edərkən deyib.

“Prezident bildirdi ki, məsələnin sülh yolu ilə həll olunmasına çox cəhd etdik. Lakin Ermənistan məsələnin sülh yolu ilə həllinə qeyri-konstruktiv yanaşdı. Nəticə etibarilə, bizim qarşımızda BMT-nin qəbul etdiyi 4 qətnaməni hərbi güc yolu ilə həll etmək məcburiyyəti qaldı. Doğrudur, biz bunun nə vaxt olacağını tam müəyyən etməmişdik. Lakin həm təmas xəttində, həm Ermənistanla sərhəddə ermənilərin müxtəlif təxribatları, erməni siyasi rəhbərliyinin davakar ritorikası ilə, ən əsası da sentyabrın 26-dan 27-nə keçən gecə ermənilərin əsgərlərimizin və müki əhalinin mövqeyinə müxtəlif növlü silahlardan atəş açması ilə əlaqədar olaraq bütün təmas xətti boyunca hücum əmri verildi. Ordumuz əks-hücum əməliyyatına ciddi hazırlaşmışdı. Düşməni yanıltmaq üçün müxtəlif variantlardan istifadə etdik. Düşmən zənn edirdi ki, biz zərbəni Tərtər istiqamətindən endirəcəyik. Lakin əsas zərbəni Füzuli istiqamətində müəyyənləşdirdik. Araz boyu rayonların işğaldan azad edilməsi xəttini seçdik. Bu məsələdə bizim apardığımız əməliyyatlar uğurla nəticələndi”, - politoloq bildirib.

Qabil Hüseynli qeyd edib ki, düşmənə ağır zərbələr endirilməsində həm dronlarımız, PUA-larımız, xüsusilə Türkiyədən aldığımız “Bayraqdar” PUA-ları önəmli rol oynadı:

“Cənab Prezident bildirdi ki, Türkiyə ən başdan Azərbaycanın mövqeyini dəstəkləyir, həmişə Azərbaycanın arxasındadır. Bu, çox böyük mənəvi-siyasi dəstək idi. Türkiyənin bu mövqeyi həm də Ermənistana yardım göstərmək, Ermənistan tərəfindən müharibəyə qarışmaq istəyən güclərin də qarşısını aldı”.

Politoloq 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən möhtəşəm yürüşün xalqın mübarizə əzminin göstəricisi olduğunu vurğulayıb:

“Prezident müsahibəsində Ordumuzun əsgərlərinin rəşadətlə döyüşməsindən, Azərbaycan xalqının və Ordusunun onun arxasında olmasından və ətrafında sıx birləşməsindən danışdı. Bu, bizim qələbə çalmağımızda böyük rol oynadı. Anım yürüşü çox möhtəşəm idi. Bütün dünyanı heyran qoydu. Xalqımızın intellektual səviyyəsini, birliyini, öz torpaqlarının bütövlüyünü görmək əzmini bir daha ortaya qoydu. Bu yürüşü izləyərkən çox qürur hissi keçirdim. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin yaradılması Azərbaycan Prezidentinin və xalqımızın müharibədə qazandığı böyük zəfərə verilən layiqli qiymət idi. Bu onu göstərdi ki, xalqımız bundan sonra da bütün məsələlərin yoluna qoyulmasında Prezidentin ətrafında sıx birləşəcək”.

Tarix
2021.09.29 / 08:00
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla