Yuxarı

Azərbaycan və Ermənistan arasında görüş... - Alman səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Ermənistan arasında görüş... - Alman səfir

Ötən ilin noyabrında Azərbaycanla Ermənistan arasında müharibənin başa çatmasından sonra müxtəlif məsələlər üzə çıxıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfanq Maniq Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatında haqqında geniş məlumat yayılmış Oxçuçay qismən Ermənistan, qismən də Azərbaycan ərazisindədir:

“Bu çayın çirkləndirilməsi Azərbaycan üçün ciddi məsələdir. Ermənistanda fəaliyyət göstərən Almaniya səfirliyi bildirib ki, bir neçə il bundan əvvəl Ermənistanda ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlardan biri bu çayın olduqca çirklənməsi ilə bağlı məsələni qaldırıb. Mən Prezident İlham Əliyevin ofisi ilə əlaqə saxladım ki, Azərbaycandan olan və ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilat həmin Ermənistanda məsələni qaldırmış təşkilatla bir araya gələrək bu məsələnin həllini müzakirə etsinlər. Çünki biz bu məsələdə maraqlıyıq. Ermənilərlə azərbaycanlılar arasında inamın olmadığı şəraitdə belə sağlam ətraf mühitin yaradılmasına və bərpasına töhfə verə bilərik”, - o qeyd edib.

Tarix
2021.10.12 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla