Yuxarı

İranın Bakıya qarşı terrorçu “dəlil-sübutu”: "alibi" axtarır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Bakıya qarşı terrorçu “dəlil-sübutu”: "alibi" axtarır?

İran XİN sözçüsü Səid Xətibzadə bu gün yenə Azərbaycandan danışıb və iddia edib ki, əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazıları var.

“Terrorçu” iddiasını hələ müharibənin gedişində Xamenei gündəmə gətirdi: ötən bir il müddətində eyni iddianı təkrarlayırlar, indiyə qədər heç bir dəlil açıqlanmayıb.

Lakin məhz indi “dəlil-sübut”dan bəhs etmələri diqqət çəkir: bu, İranın iddialarını “sübut etmək” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb.

Müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana “terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səs yazıları və görüntülər hazırlayırdı. Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr hazırlayırdılar, David Tonoyanın görüşündə DSX-nın uniformasını geyinmiş erməni əsgərlərin olması bunu sübut etdi.

İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər: Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır.

Və istisna deyil ki, həmin “dəlil-sübutu”, “səs yazılarını” XİN rəhbəri Abdullahian Bakıya səfərində gətirəcək: məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır.

Tarix
2021.10.12 / 22:20
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla