Axar.az
Yuxarı

Bakıdan İrana yüz minlərlə “vergi” göndərən biznesmenlər…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər xüms adlanan vergi adı altında Azərbaycandan külli miqdarda pulun İrana göndərilməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır. Hətta ortaya tutarlı faktlar da qoyulur. Üstəlik, yığılan pulların İrana göndərilməsi də zaman-zaman insanların narazılığına səbəb olub. Dəfələrlə bu məsələ mətbuat, sosial şəbəkələr vasitəsilə qabardılıb.

Axar.az xəbər verir ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Şahinin mətbuata müsahibəsində dediyi “Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla əlaqəsi yoxdur” ifadəsi bu məsələni yenidən gündəmə gətirib.

Hətta bəzi sosial şəbəkə istifadəçiləri haqlı olaraq iddia edirlər ki, məhz azərbaycanlıların əhli-beytə bağlılığının İranla əlaqəsinin olması yığılan pulların adıçəkilən ölkəyə göndərilməsinə səbəb olur. Çünki bu pullar başqa bir müsəlman ölkəsinə deyil, məhz İrana gedir.

Xaqani Xudaverdiyev adlı sosial şəbəkə istifadəçisi də öz səhifəsində sözügedən məsələyə toxunub.

“Hacı Şahin müsahibə verib və deyib ki, Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla əlaqəsi yoxdur. "Əhli-beytə bağlılıq" deyəndə şiəliyi nəzərdə tutur, amma yalan danışır. Çünki şiəlikdə “xüms” deyilən vergi növü var. Sünnilərdə ancaq zəkat və fitrdir. Bu vergini hər şiənin ödəməsi vacibdir. Qısaca belə deyim ki, xüms illik gəlirin 20%-dir. Xüms kimlərə verilir? Ancaq və ancaq vəliyyi-əmrə! Vəliyyi-əmr kimdir? Əmr sahibi, yəni ayətullah. Azərbaycanda ayətullah olmadığına görə Azərbaycan şiələrinin xümsləri Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə nəğd pul kimi İrana aparılır. Hər il yüz minlərlə dollar xüms göndərən biznesmenlər var. Hər il külli miqdarda yığılan pulların bir qismini İran Azərbaycanda qurduğu təşkilatlar vasitəsilə kasıblara paylayır Beləliklə həm “çörəkverən İran” imici yaradır, həm də o kasıbları öz ətrafında toplayır. Bir hissəsini Azərbaycanda öz missionerlərini yetişdirməyə xərcləyir, bir hissəsi ilə də Ermənistana və Qarabağ terrorçularına yardım edir”.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda bu işlərlə İran Mədəniyyət Mərkəzi məşğul olurdu. Bu mərkəzin də rəhbəri İranın Ali dini lideri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejat idi. Mərkəzin İranın Qum və Məşhəd şəhərlərinə azərbaycanlı tələbələr göndərməsi, xəstələrin İranın müxtəlif şəhərlərindəki xəstəxanalarında müalicəsinə, əməliyyatına maddi yardım göstərməsi məlumdur. Lakin İranın azərbaycanlıların pulu ilə azərbaycanlılara yardım etməsi haqlı suallar yaradır. Əgər xeyriyyəçilikdirsə, bunu Azərbaycanda yaradılan və Azərbaycana məxsus bir fond, təşkilat vasitəsilə edilməsi daha doğru olardı. Onsuz da hər il Fitr, Qurban, Novruz bayramlarında yetimlərə, ailə başçısı olmayan şəxslərə, imkansız ailələrə yardımlar edilir.

Mövzunu davam etdirəcəyik.

Tarix
2021.10.13 / 16:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyla Əliyeva Fetisovla görüşdü: Saziş imzalandı - Foto

Ölkədə bu iqtisadi rayonların adlarında dəyişiklik - Qərar

İstanbulda erməni terroru dünyaya belə çatdırılır - Foto

Hesablama Palatası: Meşə əkinlərinin 22 faizi batıb

Prezidentin yenidənqurma layihələri misilsizdir - PA rəsmisi

Stoltenberqin xüsusi nümayəndəsi Bakıya gəlir

Prezidentin qərarı Maliyyə Nazirliyini hərəkətə keçirdi

Bütün danışıqların detalları açıqlandı: Bakının əsas silahı...

Diplomatik korpusun Suqovuşan və Talışa səfəri başladı

Paşinyan Əliyevi dəstəklədi: İran şokda, "cavab" axtarır

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla