Yuxarı

XİN-in şöbə müdirinə 15 dəfə 15 min verdim - Şahid

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-in şöbə müdirinə 15 dəfə 15 min verdim - Şahid

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Rəsmiyyə Qazıyeva deyib ki, bir neçə nəfərin adına şirkətlər açaraq banklardan etibarnamə ilə pul götürüb: "Mən 15 dəfə 15 min manat götürüb Şahinə verdim. Mənə isə ondan 2 faiz qalırdı”.

Daha sonra şahid qismində Şahin Abdullayev dindirilib. O, bankda işlədiyini deyib.

Digər şahid Şahin Rəsulov söyləyib ki, Şirvanda yaşayan Nicat Ələkbərov adlı tanışının əli ilə şirkət açıb. O, tenderdə qalib gəldiyini, 32 min manat pul çıxartdığını deyib: “Pulu da Rövşənə verdim”.

Xırdalanda usta olduğunu deyən şahid Bilal Qasımov bankdan 30 min manat pul çıxardaraq mal aldığını bildirib. Onun sözlərinə görə, həmin malları da S.Əlizadəyə verib.

Proses oktyabrın 20-də davam edəcək.

Tarix
2021.10.13 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla