Yuxarı

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsinin xronikası: 14 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Axar.az Vətən müharibəsinin xronikasını təqdim edir:

1. Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib.

2. Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir neçə kəndləri işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

3. Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

4. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

5. Ermənistanın ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

6. Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

7. Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, xəsarət alan var.

8. Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 43 nəfərə çatıb.

9. Düşmənin daha bir PUA-sı məhv edilib. Məhv edilən düşmən raket komplekslərinin start mövqeyinə çıxarılmasının videogörüntüləri yayılıb.

10. İşğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsü yayılıb.

Tarix
2021.10.14 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla