Yuxarı

Sərdar Cəlaloğlu prezidentdən vəzifə istəyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərdar Cəlaloğlu prezidentdən vəzifə istəyəcək

"Mən hakimiyyətdən konkret bir vəzifə istəmirəm. Sadəcə koalisiya hökumətinin yaradılmasını və orada mənə və ya digər müxalifət rəhbərlərinə vəzifə verilməsini təklif edirəm. Bu, ölkədə demokratiyaya keçid üçün ən uğurlu yol olardı".

"Axar.az"ın məlumatına görə, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, əgər lazım olsa, bu məsələ ilə balı prezident İlham Əliyevə müraciət edə bilər: "Hakimiyyət mənim bu bəyanatımı müsbət dəyərləndirsə, mən də öz növbəmdə hətta bu məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edərəm. Təki Azərbaycanda da koalisiya hökuməti ənənəsi formalaşsın".

ADP sədrinin sözlərinə görə, o, təklif etdiyi koalisiya hökumətində "Qarabağ" blokunda birgə təmsil olunduqları Ümid Partiyasının da olmasını nəzərdə tutur: "Mən bu təklifi tək öz partiyamız üçün vermirəm. Həm də "Qarabağ" blokunda təmsil olunduğumuz Ümid Partiyasını da koalisiya hökumətində görməyi təklif edirəm".

Tarix
2013.10.24 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla