Yuxarı

Tiflisin “3+3” formatı səssizliyi. Nə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin Gürcüstanın "3+3" formatına (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə) daxil olması ilə bağlı səsləndirdiyi bəyanatlardan sonra hökumət ağzına su alacaq. Lakin reallıq dəyişməzdir: regionun beş ölkəsi - Rusiya, Türkiyə, Azərbaycan, İran və Ermənistan geosiyasi məkanımızda sülh və sabitlik üçün müəyyən gündəliyin yaradılması məsələsini müzakirə edəcək, Gürcüstan isə avroatlantik strukturlara can atmaqda davam edəcək, beləliklə də kənarda qalmağı seçəcək…

Axar.az xəbər verir ki, bu barədə Y.M.Primakov adına Gürcüstan-Rusiya İctimai Mərkəzinin direktoru, Gürcüstan parlamentinin keçmiş üzvü Dmitri Lortkipanidze danışıb.

“Bu, regionda yeni geosiyasi platformanın yaradılmasında son dərəcə vacib məsələdir. Yeri gəlmişkən, onu da unutmaq olmaz ki, Ərdoğanın platforma yaratmaq təşəbbüsünə İran, Rusiya və Azərbaycan rəhbərləri birmənalı müsbət mövqe nümayiş etdiriblər. Gürcüstana gəldikdə isə, ölkəmiz bu məsələyə rəsmi olaraq maraq göstərməkdən çəkinir. Lakin çox ciddi və vacib bir məqamı xatırlayaq: xanım Salome Zurabişvili parlamentdəki çıxışı zamanı bu təşəbbüsü dəstəkləyərək qonşu ölkələrin rəhbərləri ilə birlikdə dinc Qafqaz platformasının üzərində işləyəcək regional assambleyanın yaradılması vaxtının çatdığını bildirmişdi. Xanım prezident o zaman dərhal tənqidlə üzləşmişdi.

Aydındır ki, Gürcüstanın Rusiya ilə dialoq perspektivinə səbəb olan hər hansı bir formata qoşulmamağa çağıran qüvvələr həmişə olacaq. Bütün bunlar bizim üçün ciddi problemdir və ən vacibi odur ki, bu problem nəticəsində ölkədə təhlükəsizlik təhdidləri daim artır.

Söhbət ondan getmir ki, kim nəyi istəyir və üstün tutur; bizdən asılı olmayan reallıq var. Konkret platformaya gəldikdə isə biz başa düşməliyik ki, siyasi sabitliyin qarantı iqtisadi fəallıqdır...

Yük dövriyyəsi hər il həm Qazaxıstan, həm də Rusiya sayəsində artan Qars-Axalkalaki dəmir yolu Ermənistan üçün də sərfəlidir. Qarabağ probleminin həllinə dar addımlar atılandan sonra İpək Yolunun iki budağa bölünməsi üçün real alternativ meydana gəldi. Bu nə deməkdir, bilirsinizmi? Yük həm Gürcüstan-Azərbaycan, həm də Ermənistan-Azərbaycan istiqamətində daşınacaq. Aydındır ki, bu, Ermənistan üçün dalan vəziyyətindən çıxmaq şansıdır. Yeni platformadan danışarkən, tərəflərin bu maraqlarını nəzərə almalıyıq, burada hər kəs öz maraqlarını görür”, - deyə politoloq bildirib.

Tarix
2021.10.18 / 13:43
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla