Yuxarı

Gülağa Aslanlı AXCP-ni düşüncəsizlikdə suçladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülağa Aslanlı AXCP-ni düşüncəsizlikdə suçladı

"Bizim Milli Şuradan getməyimizi gələcək parlament seçkilərində hakimiyyətlə sövdələşməyə girib deputat mandatı alamqda ittiham edirlər, bu tamamilə absurd iddiadır! Bu iddiaları irəli sürmək isə siyasi savadsızlıq və düşüncəsizliyin nümunəsidir".

Bunu Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı partiyanın Milli Şuradan getməsindən sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamına cavab olaraq "Axar.az"a bildirdi. Gülağa Aslanlı Müsavat Partiyasının ölkə siyasətinin gündəmini zəbt edən qərara ətraflı şərh verdi:

"Müsavat Partiyası 100 illik tarixi olan bir partiyadır və bu vaxta qədər düz bildiyini həyata keçirib. Müsavat Partiyasının qəbul etdiyin qərarları ilkin vaxtda həzm də bilməyən qüvvələr olub, amma çox az bir zamanda qərarların düzgünlüyünü etiraf etmək məcburiyyətində qalıblar. İndiki halda da həmin vəziyyətdir. Biz qəbul etdiyimiz qərara görə tənqidlərin olacağını gözləyirdik. Amma təəssüf edirik ki, tənqidlərlə bərabər, təhqirlər də oldu. Bu isə yolverilməzdir. Çünki ən azı Azərbaycan cəmiyyəti Müsavat Partiyasını və partiyanın başqanını çox yaxşı tanıyır. Xalqımız bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə separat danışıqlara getməyib və bunun nəticəsidir ki, Müsavat Partiyasının başqanı heç vaxtı parlamentə buraxılmayıb. Bu iddiaları irəli sürmək siyasi savadsızlıq və düşüncəsizlikdir".

Tarix
2014.01.08 / 15:16
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla