Yuxarı

Göyçayda "həkim terroru" 1 can aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda "həkim terroru" 1 can aldı

Başından travma alan xəstəni reanimasiyaya qəbul etməyiblər; şok vəziyyətində olan vətəndaş xəstəxanada həkimlərin gözü önündə keçinib.

Yanvarın 8-də Göyçayda bədbəxt hadisə baş verib. İbrahimov Rasim Rəhim oğlu yıxılaraq baş nahiyəsindən travma alıb. Yaxınlarının dediyinə görə, onu yaralı halda təcili şəkildə xəstəxanaya çatdırsalar da, R.İbrahimovu Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirməyiblər. Səbəb kimi də bu göstərilib ki, şok vəziyyətində olan xəstəni ayıltmaq üçün elektroşok cihazı yoxdur, bu üzdən onu reanimasiyaya qəbul etmək mümkün deyil. Bir müddət xəstəxanada qalan R.İbrahimov həkimlərin gözü önündə can verib (Musavat).

R.İbrahimovun oğlu Ramiz İbrahimov əməkdaşımıza deyib ki, atası xəstəxanaya gətiriləndə canı üstündə olub, o, sadəcə həkim səhlənkarlığı üzündən keçinib: "Xəstəxananın bu işə məsul olan şəxslərinin hərəkətlərindən aidiyyəti qurumlara müraciət edərək, onların cəzalandırılmasını tələb edəcəm, bu işi belə qoymayacam".

Tarix
2014.01.08 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla