Yuxarı

Bakı 5 ermənini verdi: İrəvan mövqeyini dəyişir... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı 5 ermənini verdi: İrəvan mövqeyini dəyişir... - Video

Bakının beş ermənini təhvil verməsi fonunda İrəvanın son günlər mövqeyində müşahidə olunan bəzi dəyişikliklər diqqət çəkir.

Birincisi, Ermənistan MN-in ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını təkzib etməsidir.

Tatoyan Arazdəyən kəndi istiqamətində Azərbaycan Ordusunun mülki əhaliyə qarşı təxribat törətdiyini, o cümlədən, Göyçə ilə sərhəddə mühəndislik işləri apardığını, şəxsi heyətin sayını artırdığını, yolların inşa edildiyini və bütün bunların təxribat hazırlığı olduğunu iddia edirdi. Ermənistan MN Tatoyanın iddiasını reallıqdan uzaq və şişirdilmiş adlandırdı.

Bu təkzib erməni cəmiyyətinin sakitləşdirilməsinə də hesablanıb, hərçənd, İrəvanın Bakı ilə indi qarşıdurmaya getmək istəməməsindən də xəbər verir.

İkincisi, Ermənistan tərəfi Qarabağda yaralanan 6 erməni terrorçu ilə bağlı məsələnin üzərinə getmədi: Rusiya MN-nin reaksiyası da sakit oldu;

Üçüncüsü, Moskvada Putinlə görüşdən sonra MDB iclasında çıxış edən Paşinyan Zəngəzur dəhlizinin (Naxçıvanla kommunikasiya əlaqəsinin yaradılması) açılmasına razı olduqlarını açıq şəkildə dilə gətirdi;

Dördüncüsü, son bir neçə gündə Ermənistanın hakim partiyasının deputatlarının Qarabağa dair fikirləri diqqət çəkir:

- Vigen Xaçatryan bildirdi ki, “Ermənistanın Qarabağsız gələcəyi yoxdur” fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu ərazilərin Ermənistan ərazisi olduğu ilə bağlı heç bir söhbət gedə bilməz, məsələ “bu insanların (Qarabağdakı ermənilər – red.) həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi” şəklində qoyulmalıdır;

- Qagik Melkonyan bildirdi ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır, “orada nə baş verir” sualının cavabı da Rusiya səfirliyindədir.

Paşinyanın komandasından olan deputatların belə fikirləri rəsmi İrəvanın Qarabağa dair real mövqeyi hesab oluna bilər, sadəcə olaraq, erməni cəmiyyətinin nəbzinə uyğun daha ehtiyatla ictimaiyyətləşdirilir.

Və müşahidə olunan bu proseslərin bir-birinə bağlı iki mümkün səbəbi var:

1. Sülh sazişi üzərində müzakirələr aparılır, xüsusilə Soçi görüşündən sonra proses daha aktiv şəkil alıb: cari prioritet kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsidir;

2. Paşinyan hakimiyyəti Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir və ermənilərin etirazını məsuliyyəti Rusiyanın üzərinə yükləməklə neytrallaşdırmağa çalışır.

Bu kontekstdə ermənilərin bir qisminin İrəvana təhvil verilməsi proseslərin Bakının istəyinə uyğun məcrada inkişaf etdiyi və beş erməninin də atılacaq (yaxud atılmış) addımların qarşılığında verildiyi ehtimalını ön plana çıxarır.

Tarix
2021.10.20 / 08:45
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla