Yuxarı

Nikol səhvlər edir, Serjik isə pislikdir – Qalustyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyan və Robert Köçəryanın hakimiyyəti illərində müxtəlif növ “sabun” kütləvi informasiya vasitələri, jurnalistlər və blogerlər peyda olmuşdu. Onlar rəhbərlərinin əmri ilə cəmiyyətdə Paşinyanın və komandasının mənfi obrazını yaratmaq üçün onu hər bir şeydə ittiham edirlər. Nikol yalnız son müharibədə məğlubiyyətinə görə günahlandırılsaydı, dərd yarı idi, halbuki burada da gunahkar o deyil, kollektivdir. Qarabağ klanı, onun harınlamış generaliteti, müharibəyə hazır olmayan hakimiyyət, eləcə də bizim hər birimiz günahkarıq.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qraçya Qalustyan deyib.

Onun sözlərinə görə, bu gün erməni cəmiyyəti Paşinyanın necə hakimiyyətə gəldiyinə hiddətlə yanaşır, amma özləri, 2018-ci ilin yazında, az qala, Paşinyanı Gümrüdən İrəvana əllərində daşımağa hazır idilər.

“Bu, o erməni cəmiyyətidir ki, Paşinyanı müdafiə etmək üçün DİN işçiləri ilə əlbəyaxa dalaşırdı. Hətta müharibədə məğlubiyyətdən sonra belə növbədənkənar seçkilərdə Paşinyanın qələbəsini yenidən təmin edən cəmiyyətdir.

Bəs indi ermənilər özünü niyə küsəyən kimi göstərir, niyə 20 ildir onları adam yerinə qoymayan insanları qoruyur? Özünüzlə manipulyasiya etməyə qoymayın. Paşinyanın səhvləri çoxdursa, Köçəryan və Sərkisyan pisliyin təcəssümüdür!” - erməni ekspert qeyd edib.

Tarix
2021.10.20 / 23:54
Müəllif
Əli, Fatimə
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla