Yuxarı

Qarabağda yeni iş yerləri: maaş niyə azdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda yeni iş yerləri: maaş niyə azdır?

İnfrastruktur və logistik işlərin aparılması ilə bağlı işğaldan azad edilən ərazilərimizdə artıq özəl sektorda da iş yerləri yaradılıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim, millət vəkili Vüqar Bayramov işğaldan azad edilən ərazilərdəki iş yerləri elanında maaşın az olması haqda müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həm dövlət, həm də özəl sektorda iş yerlərinin yaradılması nəzərdə tutulur:

“Füzuli Beynəlxalq Hava Limanın inşaatında 500-dən artıq Azərbaycan vətəndaşı çalışır. Hava limanı istifadəyə verildikdən sonra oradakı iş yerlərində işğaldan azad olunmuş ərazilərin sakinləri işləyəcəklər və onlar heç də az maaş almır.

O ki qaldı işğaldan azad edilmiş ərazilərimizdə maaşların daha yüksək olmasının vacibliyi ilə bağlı qənaətlərə, dövlət sektorundakı əmək haqqı tarif cədvəlinə uyğun müəyyənləşib, o baxımdan burdakı əmək haqları respublikamızın digər bölgələrindəki vəzifə maaşlarına uyğundur.

Lakin özəl sektorda çalşanlar daha yüksək əmək haqqı almaq imkanına malikdir. Bizim monitorinqlər də göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə özəl sektorda çalışmaq istəyənlərin sayı qat-qat çoxdur, bu da birbaşa təminatın və əmək haqqının yüksək olması ilə əlaqədardır”.

Tarix
2021.10.23 / 08:45
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla