Yuxarı

Vətən müharibəsi xronikası: 23 oktyabr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsi xronikası: 23 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Axar.az Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev rəsmi Tvitter səhifəsində Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev rəsmi Tvitter səhifəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Vacib ərazi və yüksəkliklər azad edilib. Düşmən fərarilik edərək mövqeləri tərk edib.

- Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub. Düşmənin 4 PUA-sı zərərsizləşdirilib.

- Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib. Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.

- Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videogörüntüləri yayılıb.

- Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilməsinin videogörüntüləri yayılıb.

- Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilməsinin videogörüntüləri yayılıb.

Tarix
2021.10.23 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla