Yuxarı

ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, senator bəyan edib ki, 18 oktyabr tarixini Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” olaraq tanıyır.

Amerikalı siyasətçi müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Florida ştatında fəaliyyət göstərən Azərbaycan icmasının fəallığından məmnunluğunu ifadə edib. O, 26 oktyabr 2006-cı ildə yaradılan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Eyni zamanda ABŞ-da yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb.

Bəyannamə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edilib.

Tarix
2021.10.25 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla