Yuxarı

Moskva görüşü: Bakı və Ankara artıq hazırlıq işi görür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan rəhbərliyi artıq Zəngəzur dəhlizi ilə bağlı məsələləri sürətləndirməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada, 8-9 noyabrda keçirilməsi gözlənilən görüşünü şərh edən politoloq Turab Rzayev deyib.

Politoloq bildirib ki, bu görüşdə iki məsələ müzakirə olunacaq:

“Bunlardan birincisi Azərbaycan və Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiyası məsələsidir. Bilirsiniz ki, burda müəyyən problemlər var. Lakin artıq bu məsələ də yekunlaşmalıdır, sadəcə olaraq, əsas sual delimitasiya və demarkasiyanın hansı xəritə və sərhədlər üzərindən aparılacağıdır. Sovet İttifaqı tərkibində olduğumuz dövrdə Azərbaycan və Ermənistan sərhədlərində bir neçə dəfə kiçik dəyişikliklər olub və buna görə də hansı xəritədən asılı olmayaraq, orda müəyyən ərazi fərqləri yarana bilər. Sovet dövründəki xəritələrdə ölkə sərhədləri sadəcə daha çox dağ zirvələri və çay yataqlarının üzərindən hesablanırdı və dəqiqlik yox idi. İndi orda müəyyən dəqiqlik aparıldıqda hər hansı problemlər çıxa bilər. Məsələn, 30 il keçməsinə baxmayaraq, Gürcüstan Rusiya ilə delimitasiya prosesini tam yekunlaşdırıla bilməyib.

İkinci məsələ Zəngəzur dəhlizidir. Artıq bu dəhlizlə bağlı Rusiya və Türkiyənin gözləntiləri var, Azərbaycan isə qərb rayonlarında bununla bağlı ciddi hazırlıq işləri görür. Türkiyə də İğdır şəhərindən Naxçıvana dəmiryol xəttini çəkməyə başlayıb. Yəni ciddi hazırlıqlar gedir və Ermənistan bu məsələni tezləşdirməlidir”.

Tarix
2021.10.25 / 14:18
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla