Yuxarı

Bakı hərbi əməliyyata başlaya bilər? – Ermənilər qorxuda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı hərbi əməliyyata başlaya bilər? – Ermənilər qorxuda

09:00

Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatlara başlamaq imkanları erməni ekspertləri narahat edir.

Axar.az xəbər verir ki, xüsusilə Zəngəzur dəhlizi məsələsi, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn tələblərin icrasını gecikdirməsi, Qarabağdan erməni silahlılarının çıxarmaması Azərbaycanın növbəti dəfə hərbi qüdrətindən istifadəni aktuallaşdırıb.

Erməni politolqlar Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar.

İranşünas Vardan Voskanyan bildirib ki, Azərbaycan 10 noyabr bəyanatının tələblərinin icrası üçün Zəngəzura hərbi müdaxilə edə bilməz, “belədə İran dərhal məsələyə qarışacaq”.

Digər erməni ekspertlər də Ermənistan ərazisinin KTMT çərçivəsində Rusiyanın himayəsi altında olduğunu əsas gətirərək, Azərbaycanın buna risk etməyəcəyini iddia ediblər.

Bütün bunlar isə Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin icrasından yayınması imkanlarının, imzasından imtina “manevrinin” olmasına xidmət edir.

Ancaq üçtərəfli bəyanatların zəmanətçisi Rusiya lideri Putindir. Putin isə 2016-cı ilin aprelində torpaqları qaytarmaq öhdəliyi götürən, ancaq əməl etməyən Ermənistan rəhbərliyinin xəyanətinə görə 44 günlük müharibədə seyrçi qaldı.

Eyni halın təkrarlanmayacağına erməni ekspertlər də əmin deyillər. Ona görə də Ermənistan KTMT üzvü olsa da, “yardıma” İranı çağırırlar və Zəngəzur məsələsində Tehranın “hərbi müdaxiləyə” imkan verməyəcəyinə “ümid” edirlər...

Tarix
2021.10.26 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla