Yuxarı

Qarabağ zəfəri sübut etdi ki... - Bilal Ərdoğan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ zəfəri “bir millət, iki dövlət” anlayışının çox gözəl təzahürü oldu.

Axar.az xəbər ki, bu sözləri Azərbaycan İnvestisiya və Mədəniyyət Samitində Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.

“Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışına qatıldıq, daha əvvəl isə Şuşaya səfər etmişdik. O əraziləri gəzənlər əyani olaraq görürlər ki, 30 il müddətində o torpaqlar istifadə olunmayıb və heç bir dövlətin iqtisadiyyatına töhfə verməyib. Bu torpaqların sahibinə qayıtması ilə hava limanlarının inşası, yol infrastrukturlarının qurulması, insanların orada məskunlaşması üçün bütün infrastrukturun yaradılması həqiqətən çox qiymətlidir”, - deyə Bilal Ərdoğan qeyd edib.

O bildirib ki, bu il, eyni zamanda, Nizami Gəncəvinin 880-ci ildönümüdür: "Bu, bizə bir daha təkcə Şuşanın, Gəncənin, Qarabağın deyil, bütün Azərbaycanın mədəniyyət beşiyi kimi qiymətli olduğunu xatırladır. İşğaldan azad olunmuş ərazilərdə işlərə tarixi-mədəni yerlərin bərpası ilə başlanılması bu baxımdan çox dəyərlidir.

Bölgənin turizm potensialının nə qədər yüksək olduğunu görürük. İnanıram ki, bu sammitə gələn investorlar Qarabağın turizm potensialının üzə çıxarılmasında, islam dünyasının da əməkdaşlıq çərçivəsində çalışmasına vasitəçi olacaq. Qarabağ zəfəri sübut etdi ki, qardaş və dost ölkələrin bir-birlərinin yanında olması hər zaman müsbət nəticələr gətirir”.

Tarix
2021.10.27 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla