Yuxarı

Baş nazirdən mediasiya prosesi ilə bağlı - Dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən mediasiya prosesi ilə bağlı - Dəyişiklik

Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Axar.az xəbər verir ki, müvafiq dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

"Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim edilməlidir".

Qeyd edək ki, 11-ci hissə "Mediasiya prosesinin yekunlaşdırılması" adlanır və aşagıdakı bəndləri özündə ehtiva edir:

Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir;

Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır;

Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır;

Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

İkinci dəyişikliyə görə, barışıq sazişi "qüvvədə olan qanunvericiliyə" deyil, qanuna zidd olmamalıdır.

Tarix
2021.10.27 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla