Yuxarı

Ərdoğan İlham Əliyev haqda məhz bu sözü dedi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinə, Təbrizə bayraq taxmaq yolunda dəlicəsinə irəliləyən təsadüfi hakimiyyət Şuşanı, Kəlbəcəri, Xocalını və başqa yaşayış məntəqələrimizi qaçaqaçda arxada buraxmışdı...

O günlərlə müqayisədə indi sanki ortada 100 illik fərq var. Məsələn, bu gün Türk Dövlətləri Şurası dünyanın hər yerindən görünən reallıqdır. İstanbulda bu həftənin yox, bu ayın yox, gələcəyin bəlkə də yaxın on ilin ən böyük toplantısını keçiririk.

Budapeştdə nəqliyyat nazirlərimiz toplanır. Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumlarının iclası keçirilir. “Birgə Türk İnvestisiya Fondu” masa üzərindədir. 1992-ci ildə Türkmənistanı, Özbəkistanı arzuolunmaz respublikalar elan etmiş küçə hakimiyyəti üçün yəqin sonadək anlamaq o qədər asan olmaz ki, Özbəkistanın Kokand şəhərində Türk Şurasına üzv dövlətlərin xüsusi iclası keçirilib. Türk Dövlətləri Şurası Əfqanıstanın taleyinə qədər ən müxtəlif mövzuların müzakirə platformasına çevrilib.

Türk dövlətləri bir-birini media sahəsində də dəstəkləyir. Azərbaycan və Türkiyə arasında yaradılmış media platforması İkinci Qarabağ müharibəsində mükəmməl işlədi. Müzakirə olunan mövzular çox spektrlidir. Turizmdən aqrar sektora, türk dövlətlərinin prokurorluqlarından tutmuş Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünədək. Azərbaycanın Qazaxıstan, Türkmənistan, Qırğız, Özbəkistan və Macarıstanla apardığı iş üzərində dayansaq, bu respublikaların yeni kafedrada bir-birinə necə və nə qədər faydalı olduğunu təsdiqləyən faktları təqdim etsək, çox vaxt aparar.

Və nəhayət Türk Şurasına üzv ölkələrdə bu gün 160 milyona yaxın əhali yaşayır. Bu, həm nəhəng bir demoqrafik mənzərədir - rəqəmə baxın bir siz Allah, 160 milyonuq - həm də bu boyda insan dənizinin, ölkələrin, şəhərlərin əhatə edəcəyi nəhəng bazarı düşünək. Və bu kontekstdə həm də Zəngəzur dəhlizinin açılacağı günü. İ

ndi gəlin bir daha Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və TANAP haqqında düşünək... Vicdanla. Namusla.

Beləliklə, ən yaxın tariximizin Ayrılıq və Başsağlığı dövrünü Birlik və Başucalıq dövrü əvəz etməkdədir. Statistik ardıcıllıqla getsək, Zəfər gününün - yəni Şuşaya bayraq sancmağımızın, düşmənin kapitulyasiya aktı imzalanmasının ildönümündən başlamalıydıq. Amma biz statistik yox, məntiqi ardıcıllıqdan başladıq. Çünki bu həftə baş verən hadisələr Azərbaycanı bir respublikanın miqyasından xeyli kənara çıxardı. Və nəhayət Türkiyə Respublikasının rəhbəri Ərdoğanın Türk Dövlətləri Şurasının Ali mükafatını Azərbaycan Prezidentinə təqdim edərkən etdiyi çıxışdan bir parçanı bir daha dinləyək. Bu yeri Azərbaycanın içində və dışındakı bir ovuc uğursuzun, stajlı ənənəvi məğlubların da diqqətinə çatdırırıq: Böyük Türk dövlət adamı, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Ərdoğan çıxışında belə də deyir: Müzəffər Ali Baş Komandan İlham Əliyev!..

Tarix
2021.11.14 / 22:25
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla