Yuxarı

Ermənistan terror dövlətidir – Rus analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hərbi, siyasi və iqtisadi dəstəyi olmadan Ermənistan mövcud ola bilməz və buna görə də Ermənistan mahiyyət etibarilə dövlət hesab oluna bilməz. Ermənistanın Dnestryanı və ya Donetsk, Lqansk “xalq respublikaları”ndan yeganə fərqi onun beynəlxalq statusunun olması və beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Bu sözləri Axar.az-a rusiyalı analitik Aleksandr Sıtin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatı şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, əslində Ermənistan Rusiyanın Cənubi Qafqaz regionunda forpostudur:

“Beləliklə, o, həm Moskvada, həm də İrəvanda dövlət rəhbərlərinin kim olmasından asılı olmayaraq, hər zaman Moskvanın dəstəyini umacaq. Hazırda Ermənistan Rusiyanın qüvvələri və təsiri hesabına bölgədəki mövqelərini bərpa etməyə çalışır. Ermənistan terror təxribatları təşkil etməklə Rusiyanı silahlı müdaxiləyə təhrik etmək istəyir. Əslində, Luqansk-Donetsk Ukraynanın cənub-şərqində “terrorçu əlavə” olduğu kimi, Ermənistan da Cənubi Qafqaz regionunda terrorçu dövlətdir. Ona görə də Azərbaycanın yalnız bir yolu var - Türkiyə ilə inteqrasiyanı və ordusunu gücləndirmək və NATO-ya daxil olmaq üçün siyasi fəaliyyət göstərmək”, – deyə ekspert bildirib.

Tarix
2021.11.18 / 09:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla