Yuxarı

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

Ermənistan hər zaman gecikdirmə taktikası ilə çıxış edib və regionda həqiqi sülhə qeyri-səmimi münasibət nümayiş etdirib. Təəssüf ki, onlar bu minalarla bağlı humanitar tələbi dərk edə bilmirlər.

Bu sözləri Axar.az-a Pakistan Ziyauddin Universitetinin direktoru, analitik Seyid Muaz Şah rəsmi İrəvanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməməsi və yaxud yalnız 25 faiz dəqiq olan xəritələrin təqdim edilməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu ssenaridə Ermənistandan dürüstlük gözləməməlidir:

“Rəsmi Bakı regionda bu minaları daha effektiv şəkildə təmizləmək üçün digər vasitələrdən istifadə etməyə hazır olmalıdır. Çünki Ermənistanın verdiyi məlumatın həqiqi olacağına zəmanət yoxdur. Mən bunun praktiki olaraq bir həlli olduğunu düşünürəm: minalanmış ərazilərin təmizlənməsi rus sülhməramlılarına həvalə edilməlidir. Beləliklə, məsuliyyət rusların üzərinə düşəcək və Ermənistan onlara və ya onlarla öz münasibətlərinə zərər vurmazdan əvvəl iki dəfə düşünəcək”.

Analitikin fikrincə, Vladimir Putin Qarabağın minalardan təmizlənməsinin BMT və Cenevrə müqavilələrinə uyğun olmasını təmin etmək üçün konkret addımlar atmalıdır.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Tarix
2021.11.23 / 15:36
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla