Yuxarı

Putin Nikola daxildən dəstək verir – Sensasion baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Nikola daxildən dəstək verir – Sensasion baxış

Rusyönlülərin belə bir aksiyaya çıxmaması gözlənilən idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev ötən gün İrəvanda ictimai-siyasi fəalların iştirakı ilə keçirilən aksiyalara parlament müxalifəti olan rusyönlülərin dəstək verməməsi barədə danışarkən deyib.

O bildirib ki, Ermənistandakı rusyönlülər iki yol ayrıcında qalıblar:

“Birincisi odur ki, rusyönlülər Nikol Paşinyanın istefasını istəyirlər və bu məsələdə onlar Zəngəzur dəhlizinin açılmasından, sərhədlərin delimitasiyası məsələsindən Ermənistan baş nazirinə qarşı istifadə etməyə çalışırlar. Bununla göstərmək istəyirlər ki, Paşinyan satqın, xaindir.

İkincisi isə Rusiyanın bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına tərəfdar olması ilə bağlıdır. Zəngəzur dəhlizinə qarşı aksiya hazırda ümumilikdə kommunikasiyaların açılmasına qarşı olmaq deməkdir və bu da Rusiyanın maraqlarına ziddir. Böyük ehtimalla, erməni müxalifəti bu addımlarla Rusiyanı narazı saldıqlarının artıq fərqindədirlər və yaxud ola bilsin ki, Moskvadan onlara xəbərdarlıq gəlib”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan Vladimir Putinlə son telefon danışığında kommunikasiyalar və sərhədlərin müəyyənləşməsi ilə bağlı gecikdirmələrinə səbəb kimi daxili təzyiqi göstərə və Rusiya liderindən yardım istəmə bilərdi:

“Bu telefon danışığından bir gün sonra dəhlizin açılması və sərhədlərin müəyyənləşməsi əleyhinə aksiyaya Ermənistanın parlament müxalifətinin qatılmaması bu ehtimalı gücləndirir. Mümkündür ki, Rusiya Paşinyana bu məsələlərdə daxildən təzyiqi azaltmaq vədi verib, ona görə də rusyönlülər aksiyalara qatılmayıb. Köçəryan Putinin sayəsində həbsdən çıxmış adamdır. O, heç bir halda Rusiyanın iradəsi əleyhinə gedə bilməz”.

Tarix
2021.11.23 / 16:20
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla