Yuxarı

16 Noyabr döyüşü: yalan yayanlara xəbərdarlıq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
16 Noyabr döyüşü: yalan yayanlara xəbərdarlıq edildi

Azərbaycan Baş Prokurorluğunda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribat ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, 4 nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev qeyd edilən hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanan materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

"Azərbaycan Baş Prokurorluğu bildirir ki, bu istiqamətdə işlər davam etdirilməklə süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

Tarix
2021.11.24 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla