Yuxarı

Zurabişvili azərbaycanlı gənclərlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvili azərbaycanlı gənclərlə görüşdü - Foto

Gürcüstan Prezidenti Salome Zurabişvili “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb.

Axar.az xəbər verir ki, dövlət başçısının Orbeliani sarayında baş tutan görüşündə Gürcüstanın müxtəlif bölgələri ilə yanaşı, Kvemo Kartli regionunu təmsil edən fəal azərbaycanlı gənclər də iştirak edib.

Görüşə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev də qatılıb. O, Report-a açıqlamasında bildirib ki, azərbaycanlı gənclər onları təhsil və digər sahələrdə narahat edən məsələlər barədə danışıblar.

Forumun iştirakçıları daha sonra Gürcüstan parlamentini də ziyarət ediblər. Gənclərlə görüşən Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze Gürcüstanın xarici siyasətinin prioritetləri, ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiyası barədə danışıb. Müzakirələr zamanı Cənubi Qafqaz bölgəsində baş verən proseslər və regional təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

N.Samxaradze bölgədə sülh və sabitliyin təmin olunmasında Gürcüstanın mühüm rolunu vurğulayıb.

Tarix
2021.11.24 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla