Yuxarı

Soçi görüşü Yaponiya mətbuatında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçi görüşü Yaponiya mətbuatında

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın cənubunda yerləşən Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüşü Yaponiya mətbuatının da diqqətindədir.

Axar.az xəbər verir ki, nüfuzlu "Kyodo" agentliyi, “chibanippo.co.jp” və “ajmedia.jp” saytları Azərbaycan Prezidentinin həm üçtərəfli müzakirələrdə iştirakı, həm üç ölkənin liderləri tərəfindən qəbul edilən bəyanat, həm də görüşdən sonra keçirilən mətbuat konfransı barədə ətraflı məlumat veriblər.

“Üç ölkənin liderləri sərhədlərin demarkasiyası barədə razılaşıblar” başlığı ilə ingilis və yapon dilində yayımlanan məqalələrdə Rusiyanın razılığın əldə olunmasında vasitəçiliyi barədə məlumat verilib. Qeyd edilib ki, razılaşmaya əsasən iki ölkə arasında sərhədlərin demarkasiyasına cari ilin sonlarında start veriləcək.

Liderlərin görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidentinin bu görüşü çox konstruktiv adlandıraraq, həm iqtisadi, həm də humanitar sahələrdə bir sıra mühüm məsələlər üzrə razılığın əldə olunduğunu bildirdiyi də qeyd edilib.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq, ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarını azad etdiyi vurğulanıb.

Tarix
2021.11.27 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla