Yuxarı

Əliyev Aşqabadda bir sazişlə iki nəticə əldə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Aşqabadda bir sazişlə iki nəticə əldə etdi

Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək.

2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir.

Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır:

Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər.

- Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq;

- Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər.

İkincisi, İranla yeni səhifə açılır:

- Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir;

- İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır.

Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.

Tarix
2021.11.28 / 23:45
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla