Yuxarı

Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təxribatına cavab olaraq 16 Noyabr döyüşlərində Ordumuz daha iki postu nəzarətə alaraq, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum etmişdi.

Axar.az xəbər verir ki, Ordumuzun bu əməliyyatı ilə cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində Şəki və Qızılcığa (İşxanasar) vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişlənmişdi.

Bu gün erməni mediası Qızılcıq (İşxanasar) kənd başçısı Marat Petrosyan adlı erməniyə istinadla Azərbaycan Ordusunun Qızılcıq istiqamətindəki mövqelərindən geri çəkildiyi haqda məlumat yayıb.

“Onların (Azərbaycan ordusunun bölmələrinin – red.) nə qədər çəkildiyini deyə bilmərəm, ancaq Qızılcıq dağının bir hissəsindən geri çəkiliblər”, - Petrosyan deyib.

Hərbi mənbələrdən Axar.az-a daxil olan səhih məlumata görə, erməni mediası növbəti dəfə yalan məlumat yayır. Belə ki, hazırda Ordumuz heç bir mövqeyi tərk etməyib.

Zəruri olaraq qeyd edək ki, Ermənistan rəsmiləri Azərbaycan Ordusunun 40-45 kv/km Ermənistan ərazisinə daxil olduğu haqda iddia qaldırmışdı və Rusiyadan yardım istəmişdi. Buna cavab olaraq isə Rusiya da rəsmi şəkildə elan etdi ki, əgər sərhədlərin demarkasiya və delimitasiya yoxdursa, o ərazilərin Ermənistana aid olduğunu iddia etmək doğru deyil.

Bütün bu faktlar isə sərhədin müəyyənləşməsinin qaçılmaz olduğunu qənaətini ortaya çıxarmışdı.

Tarix
2021.11.30 / 12:30
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla