Yuxarı

Qəzadan sağ çıxan polkovnik: Pilotumuz canlı əfsanə idi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 noyabr 2021-ci ildə prakitiki atışlı təlim məşq uçuşları olmalı idi. Səngəçal hava yolundan qalxıb, Qaraheybət aviasiya poliqonuna getməli idik. İstiqamət üzrə getdik, meydançaya eniş üçün manevr etdikdən sonra qəza baş verdi, yəni enişi yerinə yetirmə mərhələsində helikopter qəzaya uğradı. Mən sərnişin kabinəsində giriş qapısının yanında olduğum üçün hadisəni tam təfərrüatı ilə deyə bilməyəcəm. Helikopterin yerə çırpılma anından sonra zərbə məni və kapitan Ramin Ədilovu bayıra atdı. Qəza anı saniyələr çəkdi. Başqa heç nə xatırlamıram.

Axar.az xəbər verir ki, bu sözləri ötən gün helikopter qəzasından sağ çıxan hərbçimiz polkovnik-leytenant Emil Cəfərov Real TV-yə müsahibəsində deyib.

E.Cəfərov bildirib ki, uçuş zamanı heç bir nasazlıq hiss olunmayıb:

“Helikopterdə ekipaj sayı ilə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Mİ-17 helikopterində desant daşıma sayı 24 nəfərə qədərdir. Hadisə zamanı heç bir şübhəli məqam olmayıb. Mİ-17 dünyada ən çox satılan helikopterlərdən biridir. Hərbi və nəqliyyat cəhətdən ən dözümlü, dayanıqlı helikopter sayılır. Uçuşdan əvvəl helikopter yoxlanılmışdı, yoxlanılmasa, havaya qalxması qəti qadağandır. Tam yoxlanılmışdı və hər şey qaydasında idi. Hava şəraiti ilə bağlı heç bir məhdudiyyət aşılmırdı, külək sürətli deyildi. Yəni küləklə bağlı Mİ-17 helikopterinin heç bir məhdudiyyəti aşılmamışdı. Proqnoza görə, güclü külək günortadan sonra olmalı idi. Biz Səngəçaldan Qaraheybətə gəldikdən sonra yerüstü heyət, uçuşları idarə edən şəxslər, həkim, rabitəçi - hamı öz yerini tutacaqdı. Ondan sonra helikopter heyəti üç nəfər olmaqla döyüş atışlarına başlamalı idi. Yəni qəza təlimə başlmamışdan öncə baş verdi”.

Polkovnik-leytenantın sözlərinə görə, pilot polkovnik Füzuli Cavadov həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib:

“Onun təcrübəsinə heç kimin şübhəsi ola bilməz. O, canlı əfsanə idi. Ekipaj komandiri olan mayor Elmir Həsənov da onun hazırladığı pilotlardan biri idi. O da müharibə vaxtı döyüş tapşırıqlarını yerinə yetirən təcrübəli pilotlarımızdan idi. Allah şəhidlərimizə rəhmət etsin”.

Tarix
2021.12.01 / 12:36
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla