Yuxarı

Perenciyev: Əliyev Soçidə onların ümidlərini məhv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə keçirilən görüşün səmərəli olduğunu düşünürəm. Bu, görüşün bütün iştirakçıları üçün belədir. İlham Əliyev revanşistlərin təkcə Azərbaycanla Ermənistan arasındakı sərhəd zonasında gərginliyin çoxalması məsələsinə deyil, həm də rəsmi Bakı ilə Tehranın silahlı toqquşmasına bəslədikləri bütün ümidlərini məhv etdi. Münaqişələrin mümkün qədər kəskinləşməsinin qarşısı Azərbaycanın ali rəhbərliyi tərəfindən parlaq şəkildə alındı. Təsadüfi deyil ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi Rusiya diplomatik ali məktəbinin görkəmli məzunlarından biridir.

Bu barədə Axar.az-a açıqlamasında Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

İƏT toptantısına toxunan ekspert bildirib ki, sammit çərçivəsində KTMT-yə üzv olan üç ölkənin - Qazaxıstan, Qırğızıstan və Tacikistanın Azərbaycan hökumətinə və xalqına “işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması” ilə bağlı təbriki imzalaması isə türk ölkələrinin həmrəyliyini göstərir və KTMT-yə müəyyən işarədir:

“Bu məsələdə Ermənistanın KTMT-dəki mövqeyi ziddiyyət yaradır. KTMT-nın bütün üzvləri bilirlər ki, rəsmi İrəvan tərəfindən Azərbaycan Respublikasına qarşı yürüdülən təcavüz siyasəti kollektiv təhlükəsizlik prinsiplərinə tamamilə ziddir. KTMT-nin bütün üzvləri öz hərbi müttəfiqləri kimi rəsmi İrəvana birbaşa qarşı çıxmırlar. Lakin onlar Ermənistanın üzv olduğu təşkilatın prinsiplərini tapdalamasına qarşıdır.

Çox ziddiyyətli görünür, deyilmi?

Amma heç kim Ermənistanı KTMT-dən qovmur. İrəvana yalnız hər hansı bir dövlətə qarşı təşkilatın prinsiplərinə uyğun davranması, ilk növbədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi bildirilir.

Rəsmi İrəvan bu məsələyə görə “deyinə” və hətta KTMT-dən çıxmaqla hədələyə bilər. Lakin belə qərar Ermənistanın milli təhlükəsizliyinə ciddi zərbə vurar. O qədər ciddi ki, onu dövlətçilikdən məhrum edər. Düşünürəm ki, Ermənistanın ziyalıları bunu anlayırlar".

Tarix
2021.12.01 / 15:05
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla