Yuxarı

Almaniya N-TV-si Soçi görüşündən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya N-TV-si Soçi görüşündən yazdı

Almaniyanın “N-TV” telekanalının saytı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilmiş üçtərəfli görüş barədə məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə son illərin Qarabağda şiddətli döyüşlərin baş verməsi ilə xarakterizə olunduğu bildirilir. Həmçinin qeyd olunur ki, hazırda Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərir. Vurğulanır ki, münaqişə tərəfləri olmuş ölkələr hazırda mübahisəli məsələləri həll etmək, o cümlədən qarşılıqlı olaraq sərhədlərini müəyyən etmək niyyətindədirlər.

Məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan liderləri iki ölkə arasında gərginliyi azaltmaq barədə razılığa gəliblər. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədlə Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşərək danışıqlar aparıblar. Danışıqlardan sonra hər iki lider görüşün nəticəsini müsbət dəyərləndirib. Prezident Putin əsas hesab edilən bir sıra məqamlarda razılığa gəlindiyini vurğulayıb. Onun sözlərinə görə, Cənubi Qafqaz respublikaları sərhədlərinin qarşılıqlı olaraq müəyyənləşdirilməsinə başlamaq istəyirlər. Bundan əlavə, dövlətlər arasında nəqliyyat əlaqələri yenidən bərpa olunmalı və humanitar məsələlər barədə müzakirələr aparılmalıdır.

Tarix
2021.12.01 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla