Yuxarı

KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı post-sovet məkanında “izqoya-ölkə”yə (atılmış, lazımsız dövlət – red.) çevrilmə təhlükəsi gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının başa çatan sammitində həm də KTMT üzvləri sayılan Qazaxıstan, Qırğızıstan və Tacikistan yekun bəyannamədə İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycanı təbrik etdi. Analoji mövqeyi Belarus da sərgiləyir. Aleksandr Lukaşenko Azərbaycan və onun qələbəsinə olan rəğbətini gizlətmir”, - Korotçenko deyib.

Ekspert əlavə edib ki, bu yaxınlarda Soçidə keçirilən sammitdə Vladimir Putin də İrəvanın ekspansionist cəhdlərinə hər hansı dəstək barədə bir kəlmə də danışmadı və kommunikasiya, dəhlizlərin açılmasının, demarkasiya-delimitasiya proseslərinin başladılmasının vacibliyini bildirdi:

“Ermənistan isə hərbi məğlubiyyətə baxmayaraq, Qarabağda qanunsuz separatçı tör-töküntülərin statusu ilə bağlı məsələni qaldırmağa davam edir və özünü KTMT üzvü kimi tam hərbi-siyasi təcrid vəziyyətinə salıb.

Həm KTMT-nin özü, həm də ona daxil olan ölkələr Paşinyan rejiminin son zamanlar fəal şəkildə tətbiq etdiyi erməni hərbi avantüralarını və təxribatlarını təşviq etmək niyyətində deyillər.

Və Baş nazir Nikol Paşinyanın ABŞ-ın himayəsi ilə keçiriləcək rusofobik “Demokratiya sammiti”ndə elan olunmuş iştirakı Ermənistanı bütövlükdə postsovet məkanında “izqoya-ölkə”yə çevirə bilər”.

Tarix
2021.12.02 / 09:00
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla