Yuxarı

Xəzərdə tapılan meyitlə bağlı SOCAR-dan açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Azərbaycan sektorunda tapılmış insan qalıqları Dövlət Neft Şirkətinin (SOCAR) dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus deyil.

Axar.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Xatırladaq ki, Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 1972-ci il təvəllüdlü Mürsəl Həsənəli oğlu Namazov itkin düşüb. O, dekabrın 1-də gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb, daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işləri davam etdirilir.

Tarix
2021.12.03 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla