Yuxarı

Nazirlər Kabinetindən bu şirkətlə bağlı - Qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlər Kabinetindən bu şirkətlə bağlı - Qərar

Nazirlər Kabineti ölkə Konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq, “İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, qərara əsasən, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilib.

Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyuun 26-da imzaladığı fərmanda öz əksini tapıb. Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.

Tarix
2021.12.03 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla