Yuxarı

Ərdoğan Putini Qarabağda bunu aktivləşdirməyə çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Putini Qarabağda bunu aktivləşdirməyə çağırdı

Ərdoğan Putinlə telefon söhbətində bildirib ki, Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir.

Müharibənin başa çatmasından sonra Rusiya bölgədə “tək hakim” rolunu saxlamaq üçün bu mərkəzin aktiv fəaliyyətinin qarşısını alıb. Ankara və Bakının məqsədi isə bölgədəki proseslərdə yekun sözün rus sülhməramlı kontingentinin rəhbərliyində yox, mərkəzdə olmasına nail olmaqdır və istisna deyil ki, bu məsələ zaman-zaman qapalı təmaslarda da gündəmə gətirilib. Bakı Qarabağda erməni terrorçuların təxribatları ilə bağlı da davamlı olaraq mərkəzi məlumatlandırır.

Ərdoğanla Putinin müzakirələri haqda informasiyalarda həmişə mərkəzin fəaliyyətinin qənaətbəxş olduğu vurğulanırdı. İlk dəfədir Türkiyə prezidenti mərkəzin imkanlarından istifadəyə çağırır, yəni bununla mərkəzin fəaliyyətini aktivləşdirmək istədiyini elan edir.

Ankaranın bunu indi açıq şəkildə dilə gətirməsi təsadüfi deyil: sərhədin delimitasiya və demarkasiyası prosesinin yekununda Qarabağda Ermənistan de-fakto oyundan kənarlaşdırılacaq; Ankara, Bakı və Moskvanın qalacağı oyunda Türkiyə bu mərkəz üzərindən təsir imkanlarını genişləndirmək, ən azı ruslarla balansı bərpa etmək niyyətindədir.

Bakı və Ankaranın buna nail olmaq üçün praktiki gedişlər etməsi də mümkündür.

Tarix
2021.12.04 / 09:09
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla