Axar.az
Yuxarı

Bakı-Tehran münasibətləri müzakirə olundu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad ilə görüşüb.

Azərbaycanın İrandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.

Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin öz tövhəsini verəcəyini diqqətə çatdırıb. Cari ilin noyabr ayının 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasını alqışladıqlarını bildirib.

Səfir Əli Əlizadə Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, İranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu deyib. Azərbaycan-İran parlamentlərarası münasibətlərin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını və bu istiqamətdə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.12.04 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb ikiyə bölünür, Kiyev təklənir, Putin güclənir

Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari

ABŞ diplomatları Ukraynadan niyə çıxır? - Borrell

İranlı nazir Füzuliyə gəldi

İrəvan qarışa bilər, Sərkisyan ona görə getdi

Sülhməramlılar Qarabağda konfet payladı

Nikol Sərkisyanı aldatdı və istefaya məcbur etdi

Sərkisyan niyə qəfil istefa verdi? – İsti şərh

Argentinanın qəzetində ölkəmizlə bağlı məqalə dərc edildi

Avropanın enerji komissarı Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla