Yuxarı

Paşayeva və Zabelin şəhid Denisin ailəsini ziyarət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Vətən Müharibəsinin şəhidi Denis Əliyevin ailəsini ziyarət edib, həyat yoldaşı Aynur xanım və qızı Alina ilə görüşüb.

Axar.az xəbər verir ki, monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ünvanı olduğunu bildirən Komitə sədri dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı Vətən amalının birləşdirdiyini vurğulayıb.

Q.Paşayeva Denis Əliyev kimi ləyaqətli vətəndaşların, onun ailəsinin timsalında Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın postmüharibə dövründə də davam edən antiazərbaycan təbliğatına ən layiqli cavab kimi dəyərləndirib.

Millət vəkili Mixail Zabelin daha öncələr də, indi də həm şəhidlər, həm qazilər sırasında fərqli dinə, dilə, xalqa mənsub vətəndaşlarımızın olduğunu, onların hamısını müstəqil Azərbaycan amalının birləşdirdiyini, bundan sonra da belə olacağını söyləyib.

Hər iki millət vəkili şəhidin qızı Alinanın yalnız Əliyevlər ailəsinə mənsub olmadığını, artıq bütün vətənsevər azərbaycanlılara yadigar və əziz əmanət olduğunu bildirib.

Qeyd edək ki, şəhid Denis Əliyev general Polad Həşimov Tovuz döyüşlərində şəhid olduqdan sonra hərbi xidmətə getməklə bağlı qəti qərara gəlib, “Generalın qisasını alacam!” deyib.

O, Bakının Nizami rayon Səfərbərlik və Hərbi Çağırış İdarəsinə yollanıb və könüllü olub. Nəhayət, sentyabrda öz istəyini gerçəkləşdirən vətəncanlı Denis Əliyev yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, döyüşdə yaralanıb, döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.

Dəfnində iştirak edən döyüş yoldaşları onu qorxubilməz, hazırcavab bir insan kimi xarakterizə edib. “Səngərdə deyib-gülür, lətifə danışır, “düşməni bu dəfə elə əzəcəyik, bir də bu torpaqlara tərəf baxmayacaq” deyirmiş...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Denis Əliyev (Denis Aleksandroviç Pronin; 26.05.1989, Xətai – 06.10.2020, Cəbrayıl rayonu) Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Tarix
2021.12.05 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla