Yuxarı

İrəvan sərhədlərin delimitasiyasından niyə qorxur? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

VMedia Yutub kanalında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Ermənistanda niyə çaxnaşma yaratdığına və Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet dövründəki sərhədlərin “millimetrədək dəqiqliklə” haradan keçdiyini heç bir vəchlə göstərə bilməyəcəyinə aydınlıq gətirən yeni video yerləşdirilib. Xatırladaq ki, noyabrın 23-də Paşinyan Feysbukda birbaşa efir zamanı bu barədə bəyan edib.

Axar.az xəbər verir ki, “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” adlı yeni filmdə qeyd olunur ki, Sovet dövründə müttəfiq respublikaların sərhədləri yerlərdə göstərilməyib və Ermənistan bundan sui-istifadə edərək məqsədyönlü şəkildə kəndlərini, əkin və otlaqlarını Azərbaycan ərazisinə tərəf "irəli çəkib".

“Sovet dövründə bu cür hallar Qazaxdan tutmuş Zəngilanadək bütün sərhəd boyu baş verib. Bu proses son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması fonunda daha da sürətlənib. Və indi, delimitasiya prosesi start götürərkən, qanunsuz əldə etdikləri bütün əraziləri Azərbaycana geri qaytarmalı olacaqlar! (...) Cənubi Qafqazda ərazilərin hədiyyə verildiyi dövr həmişəlik bitdi”, - filmdə qeyd olunur.

Xatırladaq ki, VMedia Yutub kanalı layihəsi Ermənistan ictimaiyyətinə informasiya və maarifləndirilmə dəstəyi çərçivəsində fəaliyyət göstərir. Burada erməni təbliğatından ən çox erməni xalqının zərər çəkdiyi, həqiqətin onlardan daim gizlədildiyi ortaya çıxarılır. Yeni çarxda məhz bu cür gizlədilən faktlar barədə söz açılır.

Tarix
2021.12.06 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla